Bakı. Trend:
London metrosunun "Angel" stansiyası təxliyə edilib və bağlanıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb metro stansiyada sahibsiz əşyanın aşkarlanması olub.
Londonun hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib: "Stansiyada polis əməkdaşları var, stansiya bağlanıb və insanlar təxliyə edilib. Polis şübhəli bağlamaya görə hadisə yerinə çağırılıb".