...

FTB Las-Veqasdakı atışmanı terrorizmlə əlaqələndirmir

Dünya xəbərləri Materials 5 Oktyabr 2017 06:10 (UTC +04:00)
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Las-Veqas şəhərində baş verən atımanı terrorizmlə əlaqələndirmir
FTB Las-Veqasdakı atışmanı terrorizmlə əlaqələndirmir

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Las-Veqas şəhərində baş verən atımanı terrorizmlə əlaqələndirmir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu FTB-nin nümayəndəsi jurnalistlərə bildirib.

O, bildirib: "Hadisəni terrorizmlə bağlayan heç bir dəlil aşkarlanmayıb".

Qeyd edək ki, oktyabrın 2-də Las-Veqasda müsiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Peddok insalara Mandalay Bay Hotel mehmanxanasının 32-ci mərtəbəsindən atəş açmağa başlayıb. Hadisə nəticəsində 58 nəfər həlak olub, 500-dən artıq insan yaralanıb.

Xəbər lenti

Xəbər lenti