...

AŞ PA sədri vəzifəsinə namizədlərin adları açıqlanıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2017 15:18 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti vəzifəsinə namizədlərin adı açıqlanıb.
AŞ PA sədri vəzifəsinə namizədlərin adları açıqlanıb

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri vəzifəsinə namizədlərin adları açıqlanıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.

AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 9-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, AŞ PA sədri Pedro Aqramunt dünən istefa verib. Hazırda Assambleyanın sədri vəzifəsini Rocer Qeyl icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti