...

Türkiyədə neft emalı zavodunda partlayış - 4 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Oktyabr 2017 11:16 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.
Türkiyədə neft emalı zavodunda partlayış - 4 ölü (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.

Trend-in məlumatına görə, partlayışdan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hazırda ərazidə xilasedicilər çalışır. Yanğın söndürülüb. Partlayışın səbəbləri məlum deyil.

Xatırladaq ki, 2016-cı ilin fevralında da bu zavodda güclü yanğın olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti