İlk xəbər saat 17:30-da yayımlanıb
Bakı. Trend:
Bu gün Suriyanın paytaxtı Dəməşqdə üç intiharçı terrorçu partlayış törədib. Trend-in məlumatına görə, bu üç partlayışda 3 terrorçudan başqa həlak olanların sayı 9 nəfərə çatıb. Son məlumata görə, daha 10 nəfər yaralanıb.
X X X
Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib.
Trend-in məlumatına görə, polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib.
Qeyd olunur ki, terrorçular məntəqəyə hücum etmək istəyərkən, onların qarşısı alınıb və həmin an onlar özlərini partladıb.
Bundan başqa daha bir partlayış bazarın girişi qarşısında baş verib, yenə intiharçı terrorçu özünü partladıb.
Partlayış nəticəsində 3 terrorçudan başqa da, ölən və yaralananların olduğu deyilir.