...

Dubay polisi uçan motosikletlərə keçir (VİDEO)

Dünya xəbərləri Materials 12 Oktyabr 2017 23:28 (UTC +04:00)
Rusiyanın "HoverSurf" şirkəti Dubay polisi ilə birgə uçan elektrik motosikletini sınaqdan keçirib.
Dubay polisi uçan motosikletlərə keçir (VİDEO)

Bakı. Trend:

Rusiyanın "HoverSurf" şirkəti Dubay polisi ilə birgə uçan elektrik motosikletini sınaqdan keçirib.

Trend-in məlumatına görə, elektromotosiklet cinayətkarların təqibi və patrul xidməti üçün nəzərdə tutulub.

Uçuş aparatı bir və ya iki nəfərə hesablanıb, ümumilikdə 300 kq-dək yükü qaldırır.

Elektromotosikletlər yerdən 5 metr hündürlüyə yüksələ və 70 km/s sürətlə 6 km-dək uça bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti