...

Əbu-Dabidən Sidneyə uçan təyyarə yarı yolda məcburi eniş etdi

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 10:27 (UTC +04:00)
"Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib.
Əbu-Dabidən Sidneyə uçan təyyarə yarı yolda məcburi eniş etdi

Bakı. Trend:

"Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib. Trend-in məlumatına görə, buna səbəb qəflətən təyyarənin göyərtəsində həyəcan siqnalının yanması olub.

Təyyarə aeropotda enincə 349 sərnişin dərhal qəza qapısında təxliyyə edilib.

Hazırda təyyarədə həyəcan siqnallarının hansı səbəbdən işə düşməsi araşdırılır.

Sərnişinlərin isə Sidneyə başqa təyyarə ilə yola salınacaqları bildirilib.

Xəbər lenti

Xəbər lenti