...

İraqın şimalında 3 türk hərbçisi həlak olub

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 23:37 (UTC +04:00)
İraqın şimalında Zap rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 türk hərbçisi həlak olub, daha 3 nəfər yaralanıb
İraqın şimalında 3 türk hərbçisi həlak olub

Bakı. Trend:

İraqın şimalında Zap rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 türk hərbçisi həlak olub, daha 3 nəfər yaralanıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Baş Qərargahı xəbər verib.

Məlumata görə, partlayış Türkiyədə qadağan olunan PKK-nın üzvləri tərəfindən törədilib. Yaralı hərbçilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Baş Qərargahının məlumatına əsasən, hadisədən sonra hava əməliyyatları nəticəsində 8 terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti