...

Baş nazir: Türkiyədə ali məktəblərə qəbul imtahanları ləğv edilə bilər

Dünya xəbərləri Materials 17 Oktyabr 2017 13:52 (UTC +04:00)
Türkiyədə ali təhsil müəssisələrinə qəbul imtahanları ləğv edilə bilər.
Baş nazir: Türkiyədə ali məktəblərə qəbul imtahanları ləğv edilə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə ali təhsil müəssisələrinə qəbul imtahanları ləğv edilə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayında çıxışı zamanı bildirib.

B.Yıldırım qeyd edib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin ali məktəblərdə qəbul imtahanlarının ləğv olunması ilə bağlı təklifi məntiqlidir:

“Biz hökumət olaraq Bahçelinin bu təklifini nəzərə alıb dəyərləndirə bilərik. Sadəcə, buna bir az zaman lazım olacaq".

Qeyd edək ki, bu ilin oktyabr ayından Türkiyədə buraxılış və qəbul imtahanlarının sadələşdirilməsi qərara alınıb və bəzi fənlərdən olan imtahanlar ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti