...

Moskvada bu dəfə kitabxanaya "bomba qoyuldu"

Dünya xəbərləri Materials 18 Oktyabr 2017 13:32 (UTC +04:00)
Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb
Moskvada bu dəfə kitabxanaya "bomba qoyuldu"

Bakı. Trend:

Moskvada polis əməkdaşları anonim zənglərdən sonra Kursk və Paveletsk vağzallarında, eləcə də Rusiya Dövlət Kitabxanasında axtarışlar aparılıb.

Trend-in məlumatına görə, bu binalarda bomba qoyulması barədə zənglərdən sonra təxliyələr aparılıb.

Qeyd olunur ki, bu gün Moskvanın Yaroslavl vağzalında da axtarışlar aparılıb. Burada 450 nəfər təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Xatırladaq ki, bomba qoyulması barədə anonim zənglər dalğası sentyabrın 11-dən başlayaraq bütün Rusiyanı bürüyüb.

Xəbər lenti

Xəbər lenti