...

Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Dünya xəbərləri Materials 28 Oktyabr 2017 22:43 (UTC +04:00)
Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.
Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Bakı. Trend:

Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.

Bu barədə Trend "Frankfurter Allgemeine Zeitun" qəzetinə istinadən məlumat verir.

"Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Hal-hazırda məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir", - deyə Komissiya nümayəndəsi bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda ötən ilin mart ayından etibarən yay vaxtına keçid ləğv olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin", deyə qərarda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti