...

Bəhreyndə neft kəməri partladıldı - Neftin qiyməti qalxdı

Dünya xəbərləri Materials 13 Noyabr 2017 21:14
Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb.
Bəhreyndə neft kəməri partladıldı - Neftin qiyməti qalxdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı partlayışdan sonra Bəhreynə neftin nəqlini dayandırıb. Partlayışın digər təfərrüatları barədə məlumat verilməyib.

Brent markalı neft qiymətləri bu gün səhər saatlarında 0,08 faiz artım nümayiş etdirərək 63,57 dollar/barrel təşkil edib. WTI markalı neft üzrə dekabr fyuçersləri isə 0,12 faiz yüksəlib və 56,81 dollar/barrel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti