...

Almaniyada qatar kaban sürüsü ilə toqquşdu

Dünya xəbərləri Materials 15 Noyabr 2017 15:20 (UTC +04:00)
Almaniyada ICE yüksəksürət qatarı dəmiryolu xəttini keçən kaban sürüsü ilə toqquşub.
Almaniyada qatar kaban sürüsü ilə toqquşdu

Bakı. Trend:

Almaniyada ICE yüksəksürət qatarı dəmiryolu xəttini keçən kaban sürüsü ilə toqquşub. Trend-in məlumatına görə, qəza barədə Berlin və Brandenburq Federal Polisi məlumat yayıb.

Məlumata görə, toqquşma güclü olduğundan qatar hərəkətini davam etdirə bilməyib. Qatardakı 400 sərnişin başqa qatarla təyinat məntəqəsinə yola salınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti