...

Amerika təyyarələri Milad bayramı üçün pilotsuz qalıb - SƏBƏB?

Dünya xəbərləri Materials 30 Noyabr 2017 16:28 (UTC +04:00)
ABŞ-ın “American Airlines” aviaşirkətinin sistemi Milad bayramı günlərində iş cədvəlinin tərtib olunmasında səhvə yol verib
Amerika təyyarələri  Milad bayramı üçün pilotsuz qalıb - SƏBƏB?

Bakı. Trend:

ABŞ-ın “American Airlines” aviaşirkətinin sistemi Milad bayramı günlərində iş cədvəlinin tərtib olunmasında səhvə yol verib.

Trend-in məlumatına görə, pilotlar Milad bayramında eyni istirahət günlərini seçdikdən sonra elektron sistem buna uyğun cədvəli tərtib edib. Məlum olub ki, Mayami, Çikaqo, Nyu-York hava limanlarından reyslər pilotsuz qalıb.

Aviaşirkət rəhbərliyi bu problemin həlli üçün pilotlara saatlıq əmək haqqının 150 faizi həcmində mükafat verməklə bayram günlərində işə çıxmağı təklif edib.

Xəbər lenti

Xəbər lenti