...

Almaniyada bir neçə hava limanı güclü qar səbəbindən reysləri təxirə salıb

Dünya xəbərləri Materials 10 Dekabr 2017 22:23 (UTC +04:00)
Almaniyanın bir neçə hava limanı hava şəraitinə görə reysləri təxirə salıb
Almaniyada bir neçə hava limanı güclü qar səbəbindən reysləri təxirə salıb

Bakı. Trend:

ALmaniyanın bir neçə hava limanı hava şəraitinə görə reysləri təxirə salıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Frankfurt-Mayn hava limanında gün ərzində reyslərin gecikməsi və təxirə salınması qeydə alınıb. Sərnişinlərə hava limanına gəlməmişdən əvvəl uçuşlar barədə ətraflı məlumat almaqları tövsiyə olunub.

Günün ilk yarısında 267 aviareys təxirə salınıb, 100-ə yaxın reysdə isə gecikmələr olub.

"DPA" agentliyinin məlumatına əsasən, Köln/Bonna hava limanında 10 reys təxirə salınıb. Düsseldorfun hava limanında isə uçuşlar dayandırılıb.

Xəbər lenti

Xəbər lenti