...

10 mindən çox "Jeep" geri çağırılır

Dünya xəbərləri Materials 22 Dekabr 2017 21:32 (UTC +04:00)
"FCA Rus" şirkəti Rusiyada 10 mindən çox "Jeep" avtomobilini geri çağırıb.
10 mindən çox "Jeep" geri çağırılır

Bakı. Trend:

"FCA Rus" şirkəti Rusiyada 10 mindən çox "Jeep" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar əyləc gücləndiricilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti