...

BƏƏ İranla hava əlaqəsini dayandırır - Biletlərin pulu qaytarılır

Dünya xəbərləri Materials 20 Dekabr 2017 11:52 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi ilə Tehran arasında hava əlaqəsini dayandırır.
BƏƏ İranla hava əlaqəsini dayandırır - Biletlərin pulu qaytarılır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi ilə Tehran arasında hava əlaqəsini dayandırır.

Trend-in məlumatına görə, “Etihad Airways” aviaşirkəti 2018-ci ilin yanvarın 23-dən sonrakı tarixə alınan biletlərin pulunu sərnişinlərə qaytarıb.

Bundan başqa, dekabrın 25-dən yanvarın 23-dək olan müddətdə Əbu-Dabi ilə Tehran arasında uçuşlar həftədə beş dəfədən 2 dəfədəyək azaldılacaq.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ İranı regionda qeyri-sabitlik yaratmaqda və kiberhücumlar həyata keçirməkdə ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti