...

Moskva BOMBA həyəcanı yaşayır - Təxliyə aparılır

Dünya xəbərləri Materials 20 Dekabr 2017 17:15 (UTC +04:00)

Bakı. Trend:

Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyə edilib.

Trend-in məlumatına görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.

Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.

Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti