...

Astanada fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 11 Yanvar 2018 11:00 (UTC +04:00)
Qazaxıstanın Astana vilayətində fövqəladə vəziyyət elan edilib.
Astanada fövqəladə vəziyyət elan olundu

Bakı. Trend:

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, Astana vilayətinin başçısı Aset İsekeşev dövlət qurumları, təhsil müəssisələri, sahibkarlıq obyektləri və digər müəssisələrin rəhbərlərinə fəaliyyəti dayandırmağın tövsiyə olunduğunu bildirib.

Hazırda güclü külək, qar Astanada həyatı iflic edib, bütün avtomobil yolları bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti