Bakı. Trend:
Yunanıstanın paytaxtı Afinada nəqliyyat işçiləri, dənizçilər və həkimlər yanvarın 12-də tətil elan ediblər.
Trend-in məlumatına görə, tətilə Yunanıstan Parlamentinin lehinə səs verməyə hazırlaşdığı qanun layihəsi səbəb olub.
Yeni qanun layihəsinə əsasən, sakinlərin tətil hüququ azaldılır və borclu şəxslərin evlərinin satışa çıxarılması üçün hərracların səlahiyyəti artırılır.
Cümə gününə nəzərdə tutulan tətil zamanı isə paytaxtda metro, tramvay və trolleybuslar işləməyəcək. Avtobus sürücüləri tətilə qoşulub-qoşulmayacaqlarını hələ müəyyən etməyiblər.
Məlumata görə, bundan başqa, gəmi səfərləri məhdudlaşacaq.
Həkimlər isə yalnız təcili hallarda xəstələri qəbul edəcəklərini bildiriblər.