...

Albaniyada partlayış baş verib: 8 yaralı

Dünya xəbərləri Materials 14 Yanvar 2018 00:30 (UTC +04:00)
Albaniyanın Şkoder şəhərinin mərkəzində partlayış baş verib
Albaniyada partlayış baş verib: 8 yaralı

Bakı. Trend:

Albaniyanın Şkoder şəhərinin mərkəzində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Məlumata əsasən, partlayıcı qurğu günorta saatlarında şəhərin mərkəzində işə salınıb. Alban polisinin versiyasına görə, partlayıcı qurğu yerli biznesmen Lyulzim Kulanı öldürmək üçün quraşdırılıb.

Alban polisi Şkoderə gələn və gedən avtomobillərə baxış keçirir və araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti