...

Yanvarın 15-i İranda matəm günü elan olunub

Dünya xəbərləri Materials 14 Yanvar 2018 23:16 (UTC +04:00)
İranda yanvarın 15-i matəm günü elan olunub.
Yanvarın 15-i İranda matəm günü elan olunub

Bakı. Trend:

İranda yanvarın 15-i matəm günü elan olunub.

Trend-in "IRNA" agentliyinə istinadən verdiyi məlumata əsasən, matəm Çin sahillərində tankerin batması ilə əlaqədar elan olunub.

İrana məxsus neft tankeri yanvarın 6-da Çinin şərq sahillərində Honkonqun yük gəmisi ilə toqquşub. Bundan sonra tankerdə güclü yanğın və partlayış baş verib.

Daha sonra məlum olub ki, tankerin 32 heyət üzvü həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti