Bakı. Trend:
Türkiyə XİN Əfqanıstanın paytaxtı Kabildə baş verən terror hücumu ilə əlaqədar açıqlama edib.
Trend-in məlumatına görə, açıqlama qurumun saytında yerləşdirilib.
"Oteldə terror aktı nəticəsində ölən və yaralananlar barədə xəbəri böyük kədər hissi ilə qəbul edirik. Qətiyyətlə bu terror aktını pisləyirik, əfqan hökuməti və xalqına baş sağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə XİN bildirib.