Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.
Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində 9 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.