...

Krit adası sahillərində 4,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 Yanvar 2018 04:08 (UTC +04:00)

Bakı. Trend:

Aralıq dənizində, Yunanıstanın Krit adasının sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Xaniya şəhərindən 114 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti