...

Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında

Dünya xəbərləri Materials 30 Yanvar 2018 15:38 (UTC +04:00)
İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib
Dünyanın ən yaşlı kişisi öldü - 113 yaşında

Bakı. Trend:

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib.

Trend-in məlumatına görə, o, 1904-cü ilin dekabrında anadan olub.

F.N.Oliveyra 90 yaşından sonra iki müxtəlif əməliyyat keçirib. Onun 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.

Qeyd edək ki, ondan əvvəl dünyanın ən yaşlı kişisi 117 yaşında ötən ilin avqustunda İsraildə vəfat etmişdi.

İndi bu ada iki namizəd var: 1905-ci ilin iyulunda anadan olmuş yaponiyalı Masadzo Nonaka və həmin ilin oktyabrında doğulmuş almaniyalı Qustav Gernet.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti