...

Şahzadələrin adı sikkədə əbədiləşdirildi

Dünya xəbərləri Materials 30 Yanvar 2018 16:18 (UTC +04:00)
Böyük Britaniya taxtının 3 varisinin – şahzadə Çarlz və onun övladı şahzadə Uilyam və nəvəsi şahzadə Corcun adları 5 funt sterlinq dəyərində yeni sikkədə yer alıb
Şahzadələrin adı sikkədə əbədiləşdirildi

Bakı. Trend:

Böyük Britaniya taxtının 3 varisinin – şahzadə Çarlz və onun övladı şahzadə Uilyam və nəvəsi şahzadə Corcun adları 5 funt sterlinq dəyərində yeni sikkədə yer alıb.

Trend-in məlumatına görə, kraliça II Yelizavetanın da adının yer aldığı bu sikkə “Kral ailəsinin dörd nəsli” kolleksiyasına daxil olacaq.

Bu sikkələr qızıl və gümüşdən hazırlanıb. Gümüş sikkələrin dəyəri 218 dollar, qızıl sikkələrin dəyəri 12 min dollar təşkil edir.

Qeyd olunur ki, yaxın zamanlarda kraliça Yelizavetanın tacqoyma mərasiminin 60 illiyi, şahzadə Çarlzın 70 illiyi və şahzadə Corcun beş yaşı münasibətilə sikkələrin hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti