...

Qaçqın düşərgəsində PARTLAYIŞ - 5 ölü, 40 yaralı

Dünya xəbərləri Materials 1 Fevral 2018 11:36 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində partlayış baş verib.
Qaçqın düşərgəsində PARTLAYIŞ - 5 ölü, 40 yaralı

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

Qeyd olunur ki, partlayışı düşərgə ərazisinə daxil olan iki intiharçı-terrorçu törədib.

Terror aktının “Boko Haram” terror qruplaşmasının törətdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti