Bakı. Trend:
Kanadada həvəskar astronom kosmosu müşahidə edərkən 2005-ci ildə itmiş peykdən gələn siqnalı tapıb.
Trend-in məlumatına görə, Skott Tillinin aşkar etdiyi peyk IMAGE peyki olub.
NASA mütəxəssisləri alınan siqnalın məhz bu peykdən olduğunu təsdiq edib. Hazırda astronomlar alınan siqnalın təhlilini aparır.
Qeyd edək ki, IMAGE peyki 2000-ci ilin mart ayında Yerin maqnitosferini tədqiq etmək üçün göndərilmişdi. 2005-ci ilin dekabrında bu peyklə əlaqə itib və 2007-ci ildə missiya başa çatmış hesab olunub.