...

XİN: Türkiyə Suriyada işğalçı deyil, xilaskardır

Dünya xəbərləri Materials 2 Fevral 2018 14:28 (UTC +04:00)
Türkiyə Suriyada işğalçı deyil, xilaskardır.
XİN: Türkiyə Suriyada işğalçı deyil, xilaskardır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyada işğalçı deyil, xilaskardır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Zeytun budağı" əməliyyatını şərh edərkən deyib.

Nazir qeyd edib ki, Afrində əməliyyatın məqsədi bütün regionu, o cümlədən Türkiyəni təhdid edən terrorçuların məhv edilməsidir.

M.Çavuşoğlu bildirib ki, Türkiyəni hərbi əməliyyatlara görə tənqid edən ölkələr terrorçuların hüquqları deyil, terrorçuların hədəfinə çevrilən dinc sakinlərin hüquqları haqqında düşünməlidirlər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti