...

Əfqanıstanda onlarla yaraqlı məhv edilib

Dünya xəbərləri Materials 4 Fevral 2018 13:04 (UTC +04:00)
Ötən gün ərzində Əfqanıstan ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində ən azı 100 yaraqlı öldürülüb
Əfqanıstanda onlarla yaraqlı məhv edilib

Bakı. Trend:

Ötən gün ərzində Əfqanıstan ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində ən azı 100 yaraqlı öldürülüb.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziriyə istinadla məlumat yayıb.

Əməliyyatların Faryab, Qəndəhar, Qəzni, Nangarhar, Vardak və Logar əyalətlərində keçirildiyi bildirilir.Bundan əlavə, əməliyyatlar zamanı yaraqlılara məxsus silah-sursatın müsadirə edildiyi qeyd olunub.

Təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti