...

"Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyənin tankı vurulub

Dünya xəbərləri Materials 6 Fevral 2018 01:14 (UTC +04:00)
Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Qüvvələrinin tankı Afrində döyüş zamanı terrorçular tərəfindən vurulub
"Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyənin tankı vurulub

Bakı. Trend:

Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Qüvvələrinin tankı Afrində döyüş zamanı terrorçular tərəfindən vurulub.

Trend-in məlumatına görə, tankın vurulması nəticəsində xəsarət alan olmayıb. Tanka ciddi zərər dəyməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti