...

Afrində vəziyyət gərginləşir - Suriya döyüşçüləri şəhərə girir

Dünya xəbərləri Materials 19 Fevral 2018 14:32 (UTC +04:00)
Yaxın saatlarda Suriya xalq qüvvələri dəstələri Afrində Türkiyə Hərbi Qüvvələrinin əməliyyatlarına qarşı şəhərə daxil olacaqlar.
Afrində vəziyyət gərginləşir - Suriya döyüşçüləri şəhərə girir

Bakı. Trend:

Yaxın saatlarda Suriya xalq qüvvələri dəstələri Afrində Türkiyə Hərbi Qüvvələrinin əməliyyatlarına qarşı şəhərə daxil olacaqlar.

Trend-in məlumatına görə, Suriyanın "SANA" agentliyi hazırda Suriya xalq qüvvələrinin Afrinə daxil olmağa hazırlaşdıqları barədə xəbər yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti