...

Türkiyə ordusu Afrinə hücumun qarşısını alıb

Dünya xəbərləri Materials 20 Fevral 2018 23:49 (UTC +04:00)
Türkiyənin Silahlı Qüvvələri Afrinə daxil olmağa cəhd edən qruplşmaların qarşısını alıb
Türkiyə ordusu Afrinə hücumun qarşısını alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Silahlı Qüvvələri Afrinə daxil olmağa cəhd edən qruplaşmaların qarşısını alıb.

Trend-in verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, fevralın 20-də içərisində Suriya hökümətinin tərəfdarları olan 10-na yaxın avtomobil Afrin ərazisinə daxil olmağa cəhd edib.

Türkiyə hərbçiləri xəbərdarlıq atəşi açdıqdan sonra onlar bölgəni tərk etməyə məcbur olub.

"Türkiyə Afrində terrorçulara qarşı mübarizəni davam etdirməkdə israrlıdır", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti