...

Türkiyə XİN-dən Afrinlə bağlı: Terrorçu qüvvələrin toplaşmasına icazə verməyəcəyik

Dünya xəbərləri Materials 22 Fevral 2018 14:06 (UTC +04:00)
Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də Suriya “xalq qüvvələrinin” toplaşmasına icazə verməyəcək
Türkiyə XİN-dən Afrinlə bağlı: Terrorçu qüvvələrin toplaşmasına icazə verməyəcəyik

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də Suriya “xalq qüvvələrinin” toplaşmasına icazə verməyəcək.

Trend-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ötən gün özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşma Afrinə daxil olmağa çalışıb. Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti