...

Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?

Dünya xəbərləri Materials 28 Fevral 2018 13:26 (UTC +04:00)
Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb
Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?

Trend-i buradan izləyin

Bakı. Trend:

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb.

Trend-in məlumatına görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib.

Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, 2014-cü ildə ABŞ və NATO missiyaları Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hücumların sayını artırmışdı.

Xəbər lenti

Xəbər lenti