Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3347-yə çatıb.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat verir.
Təkcə ötən gün ərzində Afrində 56 terrorçu məhv edilib.
Əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.