Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı qapalı iclas keçirir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iclas Böyek Britaniyanın təşəbbüsü ilə keçirilir.
Məlumata əsasən, iclası yerli vaxtla saat 15:00-da başlamalı və açıq formatda baş keçməli idi. Lakin hazırda Təhlükəsizlik Şurasının üzvləri qapılar arxasında məsləhətləşmələr aparırlar.
Britaniya tərəfi Sktripalin zəhərlənməsində Rusiyanı günahlandırır. Rusiya tərəfi bunu rədd edir.