Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəhbəri Hulusi Akarla görüşəcək.
Trend-in məlumatına görə, Türkiyə mətbuatı görüşün bu gün baş tutacağı barədə yazıb.
Görüş zamanı Türkiyənin Afrində həyata keçridiyi "Zeytun budağı" əməliyyatının müzakirə ediləcəyi gözlənilir.
Türkiyəli liderin bu gün həmçinin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidanla da görüşəcəyi qeyd edilir.