Bakı. Trend:
Türkiyənin şimal-şərqində, Artvin vilayətində polisləri aparan avtobus qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.
Məlumata əsasən, qəza zamanı avtobusda 11 polis işçisi olub.
Xəsarət alanlar şəhər xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbi barədə məlumat verilmir.