...

Mərakeşdə iki yük maşını toqquşub: 6 ölü

Dünya xəbərləri Materials 18 Mart 2018 07:15 (UTC +04:00)
Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub
Mərakeşdə iki yük maşını toqquşub: 6 ölü

Bakı. Trend:

Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, Mərakeş nəqliyyat nazirliyinin məlumatına əsasən, 2017-ci ildə ölkə ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 3499 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti