Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin baş naziri Binəli Yıldırım Novruz bayramı münasibəti ilə təbrik edib.
Trend-in məlumatına görə, baş nazir təbrikini öz "Twitter" səhifəsinə yerləşdirib.
Təbrikdə deyilir: "Bütün həmvətənlərimizi Novruz bayramı münasibətilə səmimiyyətlə təbrik edirəm, arzu edirəm ki, yazı simvollaşdıran bu çox gözəl günəşli gün bütün bəşəriyyətə sülh və bərəkət gətirsin".