Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 8 PKK terrorçusunu məhv edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "Twitter" səhifəsində yerləşdirdiyi bəyanatda deyilir.
Məlumatda bildirilir: "Türkiyə Hərbi Hava Qüvvələri martın 21 İraqın Hakurk rayonunda 8 PKK terrorçusunu məhv edib. Əməliyyat zamanı ümumilikdə 38 terrorçu məhv edilib".
Qeyd edilir ki, terrorçular hücumlar hazırlayırdılar.