...

Rusiyada baş verən yanğında xəsarət alanların sayı 47-yə çatıb

Dünya xəbərləri Materials 26 Mart 2018 05:12 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 47-yə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl 20 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 12-si uşaq olmaqla 37 nəfər həlak olub, 64 nəfər itkin düşüb. İtkin düşənlər arasında azı 41 uşaq var.

Xəbər lenti

Xəbər lenti