Bakı. Trend:
"Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda təcili eniş edib.
Trend-in məlumatına görə, təcili enişə səbəb təyyarədə tüstüləmənin olması olub. 63 sərnişin və 4 heyyət üzvü təxliyə olunub, xəsarət alan olmayıb.
Təyyarə Vaşinqtonun Ronald Reyqan adına hava limanında eniş etməli idi, lakin tüstüləmə səbəbi ilə Vaşinqtonun Dalles adına hava limanında eniş edib.
Tüstüləmənin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb.