...

Ərdoğan: Türkiyə Aİ ilə münasibətlərin yaxşılaşmasına ümid edir

Dünya xəbərləri Materials 27 Mart 2018 00:35 (UTC +04:00)
Türkiyə Avropa İttifaqı ilə münasibətlərdə çətinliklərin aradan qaldırılmasına ümid edir.
Ərdoğan: Türkiyə Aİ ilə münasibətlərin yaxşılaşmasına ümid edir

Bakı. Trend:

Türkiyə Avropa İttifaqı ilə münasibətlərdə çətinliklərin aradan qaldırılmasına ümid edir.

Trend-in məlumatına görə, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Varna şəhərində Aİ liderləri ilə görüşdən sonra mətbuat konfransında bildirib.

"Biz ümid edirik ki, Aİ və Aİ liderləri ilə çətin dövrü geridə qoyduq", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Avropa İttifaqından söz verilən 3 milyard avro həcmində miqrasiyanın nəzarəti üçün yardımın növbəti hissəsinin alınmasını gözləyir. Qeyd edək ki, Ankara hələlik Aİ-dən cəmi 1,8 milyard avro alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti