...

Zaxarova: Rusiya ABŞ-a və Avropa ölkələrinə adekvat cavab verəcək

Dünya xəbərləri Materials 27 Mart 2018 14:02 (UTC +04:00)

Bakı. Trend:

Rəsmi Moskva rusiyalı diplomatların ölkədən çıxarılmasına reaksiya olaraq Vaşinqtona və bir sıra Qərb ölkələrinə adekvat cavab verəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, söhbət diplomatların çıxarılması ilə yanaşı, Sietl şəhərində Rusiya baş konsulluğunun bağlanmasından da gedir.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti