...

Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir

Dünya xəbərləri Materials 28 Mart 2018 13:53 (UTC +04:00)
Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək.
Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir

Bakı. Trend:

Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək.

Trend-in məlumatına görə, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.

Rusiyanın Ukraynadakı səfirliyi bəyan edib ki, diplomatlar Ukraynadan həm təyyarə ilə, həm də qatarla çıxarılacaq.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti