...

Avstriya imtina etdi - Rus diplomatları ölkədə qaldı

Dünya xəbərləri Materials 29 Mart 2018 09:04 (UTC +04:00)
Rəsmi Vyana Böyük Britaniyanı rus diplomatlarını çıxardan ölkələrə təsir etməkdə ittiham edib.
Avstriya imtina etdi - Rus diplomatları ölkədə qaldı

Bakı. Trend:

Rəsmi Vyana Böyük Britaniyanı rus diplomatlarını çıxardan ölkələrə təsir etməkdə ittiham edib.

Trend-in məlumatına görə, Avstriyanın Xarici İşlər naziri Karin Knaysl deyib ki, Britaniyanın Vyanadakı səfiri birmənalı şəkildə hökümətə təsir göstərərək rus diplomatlarını ölkədən çıxarmağa çağırıb.

Avstriya höküməti analoji addımı atmaqdan imtina edib.

Knaysl deyib ki, ölkəsi 1995-ci ildə Avropa Birliyinə neytral dövlət kimi daxil olub.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ərazisindən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti