...

Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 31 Mart 2018 22:30 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Celalabad şəhərində bazarın ərazisində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Nanqahar əyalətinin qubernatorunun nümayəndəsi Ataulla Xoqyani bildirib.

Məlumata əsasən, partlayış nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.

Regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə cavabdehliyi öz üzərinə götürməyib.

Xəbər lenti

Xəbər lenti